70 illik tarixi olan Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlığı yeni inkişaf
mərhələsinə qədəm qoyur. Azərbaycandan min kilometrlərlə uzaqda olan Cənub-Şərqi Asiya
ölkəsi olan Vyetnamla Azərbaycan arasında indiyədək 30-dan çox sənəd imzalanıb. Bu
müqavilələr nergetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə aid geniş
sahələri əhatə edir.
Hazırda iki dövlət arasında iqtisadi-ticari və nəqliyyat-logistika əlaqələri inkişaf etməkdədir.
2025-ci ilin yekunlarına görə iki ölkə arasındaticarət dövriyyəsi 153,41 milyon ABŞ dolları
olmuşdur. İqtisadi tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və
tranzit-logistika istiqamətləri təşkil edir. 2025-ci ildə SOCAR ilə Vyetnamın milli neft-qaz şirkəti
“PetroVietnam” arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı,
texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində tarixi əməkdaşlığı müasir standartlarla
bərpa edir.
Xalqlar arasındakı mənəvi bağlılığı təhsil, mədəniyyət və humanitar layihələr daha da
möhkəmləndirir. Hələ sovet dönəmində ölkəmizin ali məktəblərində 5 minə yaxın vyetnamlı
mütəxəssis təhsil almışdır və bu gün onlar öz ölkələrinin dövlət idarəçiliyində, parlamentində,
ordusunda və sənayesində rəhbər vəzifələr tuturlar. 2015-ci ildə Hanoyda yaradılmış
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası bu məzunları birləşdirir. Assosiasiya 2020-ci ildə
COVID-19 pandemiyası zamanı öz üzvlərinin vəsaiti hesabına Azərbaycana 10 min tibb
maskası hədiyyə edib həmrəyliyini nümayiş etdirmişdir. Bu gün də Vyetnam gəncləri
Azərbaycan Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil qrantlarından
yararlanırlar.
Bütün bunlarla yanaşı, 1980-ci ildə Bakı və Vunq Tau şəhərləri arasında qurulmuş
qardaşlaşma əlaqələrinin nişanəsi olaraq Vunq Tauda “Bakı”, paytaxtımızın Xətai rayonunda
isə “Vunq Tau” küçələri mövcuddur.
Humanitar diplomatiyada Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Fondun 2018-ci
ildə Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai məktəb inşa etməsi, eləcə
də Fondun Vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri çərçivəsində görmə
qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə və Hanoy Ticarət və Turizm Kollecinə maliyyə
dəstəyi göstərməsi iki xalq arasındakı səmimi münasibətlərin bariz nümunəsidir. Həmçinin
səfər zamanı Leyla Əliyeva Vyetnamın Vitse-prezidenti Vo Ti An Suan, Vyetnam Kommunist
Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li, yaradıcı sənaye nümayəndələri,
təhsil müəssisələrinin rəhbərləri və sovet dövründə ölkəmizdə təhsil almış vyetnamlı
məzunlarla görüşüb, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə
dəstəyi sertifikatını təqdim etmişdir.
2026-cı il noyabrın 19-21-də Prezident İlham Əliyevin Vyetnama nəzərdə tutulan rəsmi səfəri
ərəfəsində ölkə başçısının Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində iki ölkə arasında
iqtisadi-ticari əlaqələrlə yanaşı humanitar, təhsil və mədəni əlaqələrə geniş yer ayrılıb.
Ölkə başçısı müsahibəsində söyləyib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik
inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika
habıdır.“Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes
və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və
xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir”, – deyə
dövlətimizin başçısı vurğulamışdır. O da qeyd edilib ki, humanitar əməkdaşlıq Azərbaycan və
Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil
təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq
möhkəmləndirilib.
Müsahibədə dövlətimizin başçısı bildirib ki, Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola
malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir və
qeyd edib ki,Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də
daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının
dəstəklənməsinə qədər geniş spektri əhatə edir.
Prezident İlham Əliyevonu da vurğulayıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci
ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Səfər zamanı
ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycan universitetlərinin vyetnamlı
məzunları ilə görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə də maliyyə dəstəyi
göstərilib.
Müsahibədə dövlətimizin başçısı göstərmişdir ki, xeyriyyəçiliklə yanaşı, elm və təhsil
əməkdaşlığı da dinamik şəkildə inkişaf edir. Hər iki ölkənin aparıcı universitetləri bir sıra
tərəfdaşlıq müqavilələri və memorandumlar imzalayıb. O da diqqətə çatdırılmışdır ki, Vyetnam
nümayəndələri Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan
Respublikasının Prezidentinin sərəncamına uyğun olaraq yaradılmış təhsil qrant
proqramlarında iştirak etmək imkanına malikdirlər.
Müsahibədə Prezident İlham Əliyev demişdir ki, qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini
ahəngdar şəkildə tamamlayır. Belə ki, Azərbaycanda ənənəvi olaraq Vyetnam Günləri keçirilir
və 2026-cı ildə bu təşəbbüs keyfiyyətcə yeni səviyyəyə çatıb, dördüncü festival ilk dəfə olaraq
iki şəhəri — Bakı və Qəbələni əhatə edib. İlham Əliyev onu da bildirmişdir ki, digər əhəmiyyətli
mədəni hadisə məşhur vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun
Azərbaycanda nəşr edilməsidir.
Müsahibənin sonunda dövlətimizin başçısı belə bir reallığı diqqətə çatdırmışdır ki, xalqlarımız
arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk
Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaratmış və bu yaradıcı əlaqələr
sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilmişdir. Rejissor 1959-cu
ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb çalışmış, milli kino məktəbinin ön sıralarında olub,
yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək edib, Vyetnamda bir neçə kitab həsr
edib. Onlardan biri – “Vyetnamda gördüklərim” əsəri Vyetnam dilinə tərcümə edilib, bu kitabın
təqdimatı isə bu il Hanoyda keçirilib.
Prezident İlham Əliyev belə bir məqamı da vurğulamışdır ki, möhkəm dostluq bağları təkcə
birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir.
2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq,
həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün
Azərbaycan maliyyə yardımı göstərib.
Müsahibəsini bitirərkən, cənab Prezident bildirib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada
dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika
habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes
və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və
xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri















