Türkiyə Rusiya və ABŞ prezidentləri arasında öz ərazisində danışıqların mümkünlüyü barədə hələlik siqnal almayıb.
Bu barədə “RİA Novosti” türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Hələlik konkret siqnallar yoxdur”, - mənbə bildirib.
Xatırladaq ki,"Nyu York Tayms" Trampın Putinlə gələn həftə şəxsən görüşmək istədiyi haqda məlumat yayıb.