İran Prezidenti Məsud Pezeşkian Ermənistana rəsmi səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “Tehran” telekanalına müsahibəsində məlumat verib.
A.Əraqçı səfərin yaxın iki həftə ərzində baş tutacağını açıqlayıb, konkret tarix barədə məlumat verməyib.
Məlumat üçün əlavə edək ki, bu, 2024-cü ildə prezident seçilən M.Pezeşkianın Ermənistana ilk səfəri olacaq.