İsrail Misirlə müqavilə imzalayıb və bu müqaviləyə əsasən Ərəb Respublikasına 35 milyard dollar dəyərində 130 milyard kubmetr təbii qaz veriləcək.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 7-də İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.
O qeyd edib ki, bu saziş İsrail tarixində ən böyük ixrac sənədidir. Buna əsasən, NewMed Energy şirkəti 2040-cı ilə qədər İsrailin Leviafan yatağından Misirə müəyyən həcmdə qaz ixrac etməlidir.
“Çatdırılmalar iki mərhələdə həyata keçiriləcək: birinci mərhələdə, bu ildən başlayaraq, təqribən 20 milyard kubmetr; ikinci mərhələdə, Leviathan platformasının genişləndirilməsi başa çatdıqdan sonra, daha 110 milyard kubmetr tədarük ediləcək”, - Gendelman Telegram kanalında qeyd edib.