“İsrail Qəzzanı işğal etməyi planlaşdırmır”.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu söyləyib .
Baş naziri qeyd edib ki, İsrail anklavda nəzarəti ərəb qüvvələrinə vermək istəyir.
“İsrail Qəzza zolağına rəhbərlik və idarə etmək niyyətində deyil. Əraziyə nəzarəti ərəb qüvvələrinə vermək istəyir. Bizi təhdid etmədən və Qəzza xalqına yaxşı həyat təmin edəndən sonra onu düzgün şəkildə idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik".
O vurğulayıb ki, İsrail zolağı saxlamaq istəmir, lakin təhlükəsizlik parametrini təmin etmək niyyətindədir.
Netanyahu əlavə edib ki, belə bir planın həyata keçirilməsi isə, HAMAS dövründə mümkün deyil.