İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əmir Moğəddəm bildirib ki, Azərbaycan ABŞ və İsrailin dəstəyi ilə “Zəngəzur dəhlizi”ni işə salmağa çalışır. O, İran İslam Respublikasının hökumətini fəal diplomatiya yolu ilə İran düşmənlərinin məqsədlərinə çatmasının qarşısını almağa çağırıb.
1xeber.media xarici KİV istinadla xəbər verir ki,İranın ali liderinin nümayəndəsi Əbdülrəhim Sarai bəyan edib ki, sionist rejiminin Azərbaycanda geniş mövcudluğu bu ölkənin, eləcə də qonşu dövlətlərin təhlükəsizliyi və müstəqilliyi üçün təhdid yaradır. Onun sözlərinə görə, İsrail Azərbaycan üzərində tam nəzarət qurub.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının keçmiş üzvü Mahmud Əhmədi Biqeş isə qeyd edib ki, Tehran Qarabağ münaqişələrində səhvən Azərbaycanın tərəfini tutub. Onun sözlərinə görə, bu, Ermənistanın etimadını sarsıdıb və İranın bölgədəki mövqelərini zəiflədib. Biqeş vurğulayıb ki, İran neytrallığını qoruya bilərdi, lakin açıq şəkildə İlham Əliyevi dəstəkləməyi seçdi və bu, indi balansı bərpa etməyə mane olur, ABŞ və İsrailin xeyrinə işləyir.