Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Azərbaycanın dipölomatik qələbə qazanacağını artıq separatçılar da qəbul etməyə başlayıblar.
Onların nümayəndələrindən biri Artak Beqlaryan bildirib ki, bundan başqa nəticə gözləmək yersizdir.
Beqlaryan deyib ki, Vaşinqtonda Ermənistanın birtərəfli güzəştlərinə şahid olacaqlar. “Bu, həm də Prezident İlham Əliyevin yeni diplomatik qələbəsi sayılmalıdır. Vaşinqtonda nə həbs olunanların, nə də Qarabağ məsələsi müzakirə olunmayacaq”.