Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Arxeoloji sərgi mərkəzi"nin yaradılması layihəsi üzrə keçirilən tenderin qalibini açıqlayıb.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, “ATASHGAH ART CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti bu layihənin həyata keçirilməsi üçün seçilib.
Təklifin qiyməti 267777,40 AZN təşkil edir.
Layihənin icrası ilə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji sərgi mərkəzinin yaradılması planlaşdırılır.
Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi AYTƏN HƏSƏNOVA YAVƏR QIZIdır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verib.