“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti 2025-ci il avqustun 11-də nəqliyyat vasitələrinin cari təmiri xidmətinin satın alınması üzrə tender keçirib. Lakin tender ləğv olunub.
1xeber.media 32gün.az-a istinadla xəbər verir ki, Ləğvin səbəbi təklif təqdim edən və tələb olunan lisenziyalara malik təchizatçıların sayının üçdən az olmasıdır (36.1.1).
Tenderin ehtimal olunan qiyməti 475 min 27,72 AZN təşkil edirdi.
Qeyd edək ki, “Azərxalça”nın sədridir Emin Məmmədov. O, AFFA-nın sabiq vitse-prezidenti Elxan Məmmədovun qardaşıdır.