Fransa Trampın hakimiyyətə gəlməsinin Aİ üçün nəticəsini açıqladı
Fransa parlamenti Trampın gəlişi ilə Aİ-nin enerji sahəsində problemlərini proqnozlaşdırıbABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə gəlməsi Avropa İttifaqı (Aİ) üçün enerji sektorunda, o cümlədən qiymətlər sahəsində problemlərlə doludur.
1xeber.media xəbər verir ki, ölkə parlamentinin üzvü Kristof Blanşe Fransa hökumətinə müvafiq müraciət göndərib.O xatırladıb ki, Tramp eyni zamanda ABŞ nüvə sənayesini əhəmiyyətli dərəcədə inkişaf etdirməklə yanaşı, mayeləşdirilmiş təbii qazın ixrac imkanlarını artırmaq istədiyini açıqlayıb.“Ağ Ev bu yaxınlarda ABŞ-ın nüvə potensialını 2050-ci ilə qədər üçqat artırmaq planını açıqladı.
Bundan əlavə, namizəd Donald Tramp seçkiqabağı kampaniyası zamanı Fransanın nüvə sektoruna qarşı sanksiyaların tətbiqi üçün ekstraterritorial tədbirlər elan edib”. Blanşet Eurostatın son statistikasına istinadən qeyd edib ki, Fransa enerji idxalından 52%, Avropa İttifaqı isə 62% asılıdır.“Bu enerji asılılığı Fransa və Aİ-ni Rusiya və ABŞ qarşısında çox zəif mövqeyə qoyur, beləliklə, onlar enerji təchizatçıları kimi bu mövqedən istifadə edərək istehlakçı ölkələrin siyasi həyatına təsir edə bilərlər”, o vurğulayıb.