Polşa Ukraynaya Avropa İttifaqı (Aİ) tərəfindən verilən kreditlər üzrə faiz ödənişlərinə görə 8 milyard zlotıdan (təxminən 1,79 milyard avro) çox vəsait ödəyə bilər.
1xeber.media xəbər verir ki, bu barədə Polşadan olan Avropa Parlamentinin deputatı Eva Zayonçkovska-Qernik məlumat verib.
Deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edərək mümkün ödənişin məbləğinə diqqət çəkib.
“Bərk dayanın! Polşa Aİ tərəfindən Ukraynaya verilən kreditlər üzrə faizlərə görə 8 milyard zlotıdan çox vəsait ödəyə bilər”, – deyə o bildirib.
Qeyd edək ki, deputatın açıqlaması Polşanın Ukraynaya maliyyə dəstəyi çərçivəsində üzərinə düşə biləcək əlavə xərclərlə bağlı müzakirələri gündəmə gətirib.
















