Avqustun 13-də ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskiyə və Avropa liderlərinə zəng edib.
1xeber.media xəbər verir ki, bu barədə Axios-un jurnalisti Barak Ravid X sosial şəbəkəsindəki hesabında yazıb.
“Prezident Tramp hazırda Rusiya prezidenti Vladimir Putinlə cümə günü keçiriləcək sammitdən əvvəl Ukrayna prezidenti Zelenski və bir sıra Avropa liderləri ilə konfrans danışığı aparır”, – nəşr yazır.
Ravid bu danışıqlarda hansı avropalı siyasətçilərin iştirak etdiyini dəqiqləşdirməyib. Konfransda müzakirə olunan mövzular da açıqlanmayıb.
Daha əvvəl məlum olmuşdu ki, Zelenskinin Berlinə Putinlə Trampın görüşündən əvvəl “konfrans marafonuna” gəldiyi bildirilir. Bildirilib ki, Ukrayna lideri ABŞ-ın vitse-prezidenti J.D.Venslə də daxil olmaqla, danışıqlar aparmağı planlaşdırır.