Misir Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs razılaşması əldə etdikdən sonra Qəzza zolağının yenidən qurulması ilə bağlı konfrans keçirəcək.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 13-də Misirin xarici işlər naziri Abdel Atti məlumat verib.
O, RİA Novosti-yə müsahibəsində deyib: "Biz atəşkəs razılaşmasına nail olanda Qəzzanın yenidən qurulması ilə bağlı məsələləri müzakirə etmək üçün beynəlxalq konfrans keçirəcəyik. Biz iki gün davam edəcək tədbirə hazırlaşırıq".
Misir Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, əsas məqam atəşkəs razılaşmasının əldə olunmasıdır. O əlavə edib ki, konfransda münaqişədən sonra anklavın tənzimlənməsi - təhlükəsizliyin təmin edilməsi və müharibədən sonrakı idarəçiliklə bağlı məsələlər müzakirə olunacaq.