Türkiyə Suriyadakı vəziyyəti yaxından izləyir və YPG gözlənilən nəticəni əldə etməyəcək.
1xeber.media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşü zamanı deyib.
“YPG Suriyada oyunu pozur. Bu sistemə inteqrasiya olunmur və müsbət atmosferə zərər verir. YPG zaman qazanmağa çalışır. Onların gözləntiləri baş tutmayacaq və istədikləri nəticələri əldə edə bilməyəcəklər. YPG-nin Suriyadakı hiyləsini görürük. Biz görürük ki, Türkiyədən, İraqdan, İrandan, Avropadan gələn təşkilat üzvləri Suriyanı tərk etməyiblər”, - Fidan bildirib.