Növbəti mövsümün hazırlığını davam etdirən "Səbail"in baş məşqçisi Elvin Məmmədov təlim-məşq toplanışının gedişatını dəyərləndirib.
1xeber.media xəbər verir ki, gənc mütəxəssis fanat.az-a açıqlamasında komandasının çempionata 50 faiz hazır olduğunu deyib:
"On gündü məşqlərə başlamışıq və bu müddətdə 2 sınaq matçı keçirmişik. "Xudat" (1:0) və "Xankəndi" (2:1) ilə görüşlər fiziki yüklənmə altında baş tutdu. Daha üç oyun keçirəcəyik. Növbəti qarşılaşmamız avqustun 14-də "Baku Sportinq"ə qarşı olacaq.
Komandanın hazırlıq səviyyəsi hələ 50 faiz civarındadır. Tədricən daha yaxşı yerlərə gələcəyik və çempionatın startına qədər 80-90 faiz hazır olacağıq".