Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi inzibati binada təmizlik, fasad şüşələrinin və bütün fasad hissələrinin yuyulması xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
1xeber.media 32gun.az-a istinadla xəbər verir ki, ləğv edilməyə səbəb kimi satınalmada iştirak üçün təklifi və təklifin təminatını təqdim edən, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması (36.1.1) göstərilib. Nazirlik qeyd edib ki, təklif verənlərin sayı qanunvericiliklə müəyyən edilən minimum həddən az olduğu üçün müsabiqənin tamamlanması mümkün olmayıb.
Xidmətlərin satın alınması üçün ehtimal olunan qiymət 247.970,32 manat təşkil edirdi.
Qeyd edək ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovdur.
Xatırladaq ki, mətbuatda gedən məlumata görə, Nazir Məcnun Məmmədov Hollandiyada Wageningen Universiteti və Araşdırma institutunda 3-cü kursda təhsil alır və Qida və Aqrobiznes üzrə Executive MBA proqramına qatılıb.