Kreml Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar yardıma əsəbi reaksiya verib.
1xeber.media “Bez tormozov” teleqram kanalına istinadla xəbər verir ki, məsələ yalnız yardımın məbləği və ya Kiyevlə münasibətlər deyil – əsas narahatlıq digər postsovet respublikalarının Bakının addımını təkrarlaya biləcəyi ehtimalıdır.
Moskva mediasında yayılan şərhlərə görə, Azərbaycan nümunəsi təkcə xarici arenada deyil, Rusiyanın öz daxilində yaşayan müxtəlif xalqlar üçün də siqnal rolunu oynaya bilər. Bu, Kreml üçün daha ciddi təhlükə kimi qiymətləndirilir.
Rusiya formal olaraq “böyük dövlət” kimi təqdim olunsa da, əslində onlarla millət, respublika və muxtariyyətdən ibarət federasiyadır. Onların əksəriyyəti tarixən müstəqil olub və ya müstəqillik arzusu daşıyır.
Ekspertlər hesab edir ki, Azərbaycan istəsə, sakit, amma təsirli şəkildə Rusiya Federasiyasındakı milli azlıqlarla əlaqələr quraraq mərkəz üçün həssas proseslər başlada bilər. Dünyada bunun analoqları mövcuddur — məsələn, Yeni Kaledoniyada milli hərəkatın güclənməsi xarici müttəfiqlərin dəstəyi ilə mümkün olub.
Potensial olaraq Rusiyadan uzaqlaşmağa hazır bölgələr kimi aşağıdakılar göstərilir:
Tatarıstan, Başqırdıstan — güclü iqtisadi baza, siyasi elita, dil və milli qürur.
İçkeriya (Çeçenistan), Dağıstan, İnquşetiya — müharibə xatirələri və Moskvaya qarşı dərin köklü narazılıq.
Yakutiya (Saxa) — zəngin resurslar və milli kimlik.
Kalmıkiya, Buryatiya — Ukrayna müharibəsində itkilər səbəbindən narazılıq.
Kareliya, Komi — Avropaya coğrafi yaxınlıq və güclü mədəni köklər.
Mənbələr qeyd edir ki, Kreml illərdir “rusiyalı” anlayışını əsasən rus etnosu üzərində qurur və digər xalqlara ikinci dərəcəli münasibət nümayiş etdirir.