Azərbaycanda avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
1xeber.media xəbər verir ki, bubarədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Zaqatalada 154 (aylıq normanın 208 %-i), Balakəndə 35 (aylıq normanın 47 %-i), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2 mm-dək qeydə alınıb.
Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb.
Lerik, Balakən, Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.