“İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə nüvə danışıqlarının bərpasına razılıq verib”.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, İranın nüvə və hərbi obyektlərinə endirilən zərbələr, yüksək rütbəli komandirlərin və nüvə alimlərinin öldürülməsi Tehranı təşvişə salıb.
Adının açıqlanmasını istəməyən siyasi mənbə “Reuters” ə bildirib ki, İran siyasi rəhbərliyi bu hərbi qarşıdurmadan sonra danışıqlara meyillidir:
“Media mənbələrinin məlumatına görə, Ali lider və ruhanilər İranın mövcudluğu üçün nüvə məsələsinə dair danışıqları bərpa etməyə razılaşıblar”.
İran Xarici İşlər Nazirliyi isə hələlik bu məsələyə rəsmi cavab verilmədiyini bəyan edib.