ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşə gəlib.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rusiya və ABŞ rəhbərlərinin görüşü avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Rişardson hərbi bazasında baş tutacaq. Danışıqlar çərçivəsində iki ölkə liderlərinin təkbətək söhbəti, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə ikinci görüş baş tutacaq.
Daha əvvəl Tramp Putinlə görüşdən gözləntiləri barədə danışıb. "Düşünürəm ki, çox yaxşı keçəcək. Yoxsa, evə çox tez gedəcəm" dedi.