ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukrayna münaqişəsinin həlli çərçivəsində ərazilərin dəyişdirilməsi məsələsini müzakirə edəcəyini bildirib.
1xeber.media xəbər verir ki, Onun sözlərini Reuters agentliyi yayıb.
"Sərhədlər və ərazilər üzrə qarşılıqlı güzəştlər olacaq", - Amerika lideri qeyd edib.
Eyni zamanda, NBC News daha əvvəl mənbələrə istinadən xəbər verib ki, Tramp Zelenski və Avropa liderləri ilə videokonfrans zamanı Putinlə ərazi məsələsini müzakirə etməyəcəyinə söz verib.
Rusiya və ABŞ prezidentlərinin görüşü avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Rişardson hərbi bazasında baş tutacaq.