ŞAD XƏBƏR:Apteklər icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar
Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
1xeber.media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.