ABŞ prezidenti Donald Trampla Ağ Evdə görüş Avropa liderləri üçün rüsvayçılıq olub.
1xeber.media xəbər verir ki, bu fikri “Strategic Culture” nəşri bildirib.
Nəşrin köşə yazarı Pepe Eskobar avropalı siyasətçiləri “axmaqlar koalisiyası” adlandırıb və zarafatla deyib ki, onlar Oval kabinetdə danlanmış qorxmuş məktəblilər kimi dayanıblar.
Jurnalist həmçinin hesab edib ki, Avropa Ukraynanın Rusiya ilə sülh sazişi bağlamağa hazır deyil. Eyni zamanda o, əlavə edib ki, Qərb liderləri başa düşmürlər ki, Kiyev Rusiyada sabitliyi pozmaq üçün istifadə edilərsə, o, cavab zərbələri endirə bilər.