Rusiya ilə Finlandiya arasında münasibətlər yalnız Ukrayna münaqişəsi bitdikdən sonra bərpa oluna bilər.
1xeber.media xəbər verir ki, bunu Yle-yə müsahibəsində Finlandiya prezidenti Aleksandr Stubb deyib.
"Həmişə vurğuladığım kimi, coğrafiyamızla bağlı heç nə edə bilmərik. Bizim Rusiya ilə tariximiz var və bizim Rusiya ilə gələcəyimiz də olacaq. Amma indi, əlbəttə, münasibətlər çox mürəkkəbdir. Əslində, müharibə səbəbindən mövcud deyil. Amma nə vaxtsa, müharibə bitəndə mütləq yeni münasibətlər qurulacaq", - siyasətçi bildirib.
Finlandiya lideri eyni zamanda qeyd edib ki, münaqişə bitərsə, gələcək təmaslar praktik xarakter daşıyacaq.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Finlandiya prezidenti Aleksandr Stubba ölkəsinin tarixini xatırladıb. O, Finlandiyanın üzərinə öhdəlik götürdüyünü və əbədi neytrallıq haqqında müqavilə imzaladığını, eyni zamanda NATO-ya üzv olduğunu vurğulayıb.