Almaniya hökuməti hərbi xidmətin yeni modeli haqqında qanun layihəsini qəbul edib.
1xeber.media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
"Nazirlər Kabineti "Hərbi xidmətin müasirləşdirilməsi haqqında" qanun layihəsini təsdiqləyib", - məlumatda deyilir.
Qanun layihəsinin hazırkı təhlükəsizlik təhdidlərinə qarşı durmaq üçün Almaniya ordusunun nizami və ehtiyat qüvvələrinin gücləndirilməsinə yönəldiyi vurğulanır.
Almaniyanın İsveç modelinə uyğun olaraq könüllü xidmət tətbiq edəcəyi nəzərdə tutulur - bütün məktəb məzunları hərbi yoxlamaya məruz qalır, lakin onlardan yalnız bəziləri həqiqi xidmətdə olur.
Bundan əvvəl Almaniya Limanlarının Mərkəzi Birliyi Almaniyanın müdafiə naziri Boris Pistoriusdan mümkün müharibəyə hazırlaşmaq üçün müdafiə büdcəsindən pul ayırmağı xahiş etmişdi. Birlik bəyan edib ki, münaqişə baş verərsə, limanlar “birinci hücum xətti”nə çevrilir.