Rusiyanın marjinal qruplaşması “Başqa Rusiya E. V. Limonov”un fəalları Sankt-Peterburqda Azərbaycan konsulluğu qarşısında təxribat xarakterli aksiya keçirməyə cəhd ediblər.
Bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.
Onlar rəsmi Bakını Rusiyanın təcavüzünə qarşı ədalətli mübarizədə Ukraynanı dəstəklədiyinə görə gözdən salmağa çalışıblar.
Lakin gözlənildiyi kimi, bu cəhd uzun çəkməyib. Polis aksiyanın bütün iştirakçılarını, Qleb Yejov, Danil Şmalko və İvan Qubini saxlayıb.
Donetsk vilayətində yerləşən və Ukraynanın ən böyük enerji şirkətlərindən biri olan DTEK-ə məxsus zənginləşdirmə fabriki Rusiya ordusunun hücumu nəticəsində ciddi ziyan görüb.
Ukrayna Teleqram kanalları məlumat yayıb. Zərbə nəticəsində fabrikin binası dağılıb, avadanlıqlar isə ağır şəkildə zədələnib.
Hücum zamanı xəsarət alan olmayıb. Hazırda fabrikin fəaliyyəti tamamilə dayanıb, avadanlıqlar istifadə üçün yararsız vəziyyətdədir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilk dəfə olaraq Dnepropetrovsk vilayətində yerləşən yaşayış məntəqələri uğrunda döyüşlərin getdiyini təsdiqləyib.
Bununla yanaşı, qurum “DeepState” monitorinq platformasının Rusiya qüvvələrinin vilayət ərazisində iki kəndi ələ keçirməsi barədə məlumatını təkzib edib.
Baş Qərargahın avqustun 26-da yaydığı məlumatda bildirilir ki, Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətinin şərqində, Donetsk vilayəti ilə sərhəd yaxınlığında yerləşən
Zaporojskoye və Novoqeorqiyevka kəndləri ətrafında döyüş aparır.
“Ukraynanın müdafiə qüvvələri rus işğalçılarının irəliləməsinin qarşısını alıb və Zaporojskoye kəndinə nəzarəti davam etdirirlər”, – deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, Novoqeorqiyevka kəndi ərazisində isə hələ də fəal döyüş əməliyyatları davam edir.
Musavat.com