Ölkə prezidenti İlham Əliyevin idmana və futbola göstərdiyi maraq ailə üzvlərinə, hətta nəvələrinə də sirayət edib.
1xeber.media xəbər verir ki, Leyla Əliyeva ilə Emin Ağalarovun birgə nigahdan olan iki övladı Əli ilə Mikayıl da futbola hədsiz həvəs göstərir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" Bakıda Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edib.Tofiq Bəhrəmov adına stadionda oyunu izləyənlər arasında prezidentin nəvəsi Əli Ağalarov da olub.
Qeyd edək ki,qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatdı. Ümumi hesabda 5:4 hesabı ilə qalib gələn “Qarabağ” 8 il sonra ÇL-in əsas mərhələsinə vəsiqə qazandı!