Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, sentyabrın 3-də isə Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
1xeber.media xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr bildirib ki, Ermənistan rəhbərinin Çinə bu səfəri Yaponiyada narazılıq yaradıb:
“Nikol Paşinyan Tokionun narazılığını aradan qaldırmaq üçün Çindən sonra Yaponiyaya səfər etmək istəyib. Mənbələrimiz deyirlər ki, Ermənistan Baş nazirinin Yaponiyanın məğlubiyyətinə həsr olunmuş hərbi paraddan dərhal sonra bu ölkəyə səfər etmək istəyi Tokionun narazılığına səbəb olub. Məlumata görə, Tokio səfərin qarşısını almağa çalışır. Paşinyanın xanımı Anna Akopyanın səfərdə iştirakı ilə bağlı da çaşqınlıq ifadə edilib.
Yaponiya səfərinin baş tutub-tutmayacağı bir neçə gündən sonra məlum olacaq”.