Belarus prezidenti Aleksandr Lukaşenko Çində keçiriləcək ŞƏT sammitinə öz kartofundan bir neçə kisə gətirəcək ki, onları başqa ölkələrin liderlərinə hədiyyə etsin.
1xeber.media xəbər verir ki, bu barədə dövlət başçısı bildirib, onun sözlərini BELTA sitat gətirib.
Belarus prezidentinin sözlərinə görə, onun fermasında yetişdirilən təzə yığılmış kartof artıq hədiyyə kətan torbalarına yığılıb. Həmçinin qeyd olunur ki, Lukaşenko yerli istehsal olan Briz və Perşatsvet kimi sortları gətirəcək.
Çinin Rusiyadakı səfiri Zhang Hanhuinin dediyi kimi, ŞƏT-in Tyantszin sammiti assosiasiya tarixində ən böyük sammit olacaq. Ümumilikdə burada 20-dən çox dövlət başçısı və 10 beynəlxalq təşkilatın rəhbəri iştirak edəcək.
Bundan əvvəl Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampı ailəsi ilə birlikdə Minskə səfərə dəvət edib. Telefon danışığı zamanı iki ölkə başçısı təmasların davam etdirilməsi barədə də razılığa gəliblər.