Rusiya hərbçiləri Donetsk Xalq Respublikasının (DXR) Nelepovka qəsəbəsini azad ediblər.
1xeber.media xəbər verir ki, bu barədə avqustun 28-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Cənub Qüvvələr Qrupunun bölmələrinin apardığı döyüş əməliyyatları nəticəsində yaşayış məntəqəsi azad edilib.
Bu istiqamətdə ukraynalı yaraqlılar 205-ə qədər hərbçi, bir döyüş zirehli maşını, beş pikap, iki səhra artilleriya qurğusu, iki sursat anbarı və bir təchizat anbarını itirib.