Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəvəti ilə avqustun 29-da Tehrana gedəcək.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, səfər zamanı işgüzar görüşlərin keçirilməsi planlaşdırılır.