Fransa maliyyə böhranına əvvəlkindən daha yaxındır.
1xeber.media xəbər verir ki, bunu avqustun 28-də ölkənin daxili işlər naziri, Respublikaçılar partiyasının lideri Bruno Retaillo deyib.
"Vəziyyət son dərəcə ciddidir. Fransa heç vaxt maliyyə uçurumuna bu qədər yaxın olmamışdı", - Le Figaro Retaillo-dan sitat gətirir.
Nazir həmçinin “Fransa milli borcunun 54%-nin xarici sahiblərə aid olduğunu” vurğulayaraq, bunun artıq təkcə iqtisadi problem olmadığını, milli müstəqillik və suverenlik məsələsi olduğunu vurğulayıb.