Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi Tianjin şəhərində ikitərəfli görüşə başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 1-də Kremlin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl onlar avtomobildə təxminən bir saat danışıblar.
"Əziz dost, dekabrın 21-də münasibətlərimizin xüsusi, imtiyazlı, strateji tərəfdaşlıq səviyyəsinə keçidini qeyd edən birgə bəyanatın qəbulundan 15 il ötür", - Rusiya lideri Hindistanın baş nazirinə müraciət edib.