Əfqanıstanda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 4-də Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Seysmik hadisənin 10 km dərinlikdə yerləşdiyi dəqiqləşdirilir. Eyni zamanda, yeraltı təkanların episentri təxminən 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 41 km şimal-şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.