İsrail və Azərbaycan 2025-ci ilin sonunadək bir neçə yüksək səviyyəli görüşün təşkilini hazırlayır.
1xeber.media xəbər verir ki, bu barədə Report-a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Ronen Kraus deyib.
"Biz bir neçə yüksək səviyyəli görüşün və nümayəndə heyətlərinin görüşlərinin təşkili üzərində işləyirik. Hələ dəqiq tarixlərimiz və təsdiqlərimiz yoxdur, lakin biz bu istiqamətdə səylə çalışırıq", - R.Kraus bildirib.
O, həmçinin vurğulayıb ki, bu, ilin sonunadək baş verə bilər:
"Biz münasibətlərin bütün aspektlərini, yəni ən yüksək səviyyədə, həmçinin biznes nümayəndə heyətləri səviyyəsində nəzərdən keçiririk".