KXDR Rusiyanın dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsini tam dəstəkləyəcək.
1xeber.media xəbər verir ki, bu barədə KXDR lideri Kim Çen İnin müraciətində deyilir.
"Biz Rusiya hökumətinin və ordusunun dövlət suverenliyi, ərazi bütövlüyü və təhlükəsizlik maraqlarının qorunmasına yönəlmiş mübarizəsini tam dəstəkləyəcəyik. Biz bunu həm də qardaşlarımız qarşısında borcumuz hesab edirik. KXDR və Rusiya Federasiyası arasında bağlanmış müqaviləyə sadiq qalacağıq", - müraciətdə bildirilir.