Vladimir Zelenski Rusiyaya iki halda gələcək: ya insanlığa qarşı cinayət işi üzrə həbs edilmiş şəxs, ya da Ukrayna prezidenti kimi.
1xeber.media xəbər verir ki, bunu aif.ru ilə söhbətində politoloq Volodimir Skaçko deyib.
“Zelenski Moskvaya yalnız beynəlxalq cinayətkar və terrorçu kimi gələ bilər, əgər müvafiq məhkəmə prosesi Rusiya paytaxtında keçirilərsə, yaxud dövlət sənədlərini imzalamaq səlahiyyətinə malik Ukraynanın qanuni prezidenti kimi”, - Skaçko bildirib. Eyni zamanda o, ikinci halda Ukraynada hərbi vəziyyətin aradan qaldırılması və ədalətli demokratik seçkilərin keçirilməli olduğunu dəqiqləşdirib.
Ekspertin fikrincə, birinci variant böyük ehtimalla, ikincisi isə praktiki olaraq sıfırdır. Skaçko əlavə edib ki, Zelenski Rusiya paytaxtına prezident kimi gələrsə, o, yalnız Ukraynanın kapitulyasiya aktını imzalamalıdır.
Bundan əvvəl Vladimir Zelenski dövlət başçısı Vladimir Putinin dəvət etdiyi Rusiyaya gəlməkdən yenidən imtina edib. Rusiya lideri ikitərəfli görüşün Moskvada keçirilməsini təklif edib.