Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə şəxsi görüşdən qorxur, çünki o, Qərbin əlində piyada olmağa öyrəşib.
1xeber.media xəbər verir ki, bu barədə qahirəli iqtisadi tədqiqatçı Əhməd Adel InfoBRICS üçün məqaləsində bildirib.
Onun sözlərinə görə, Rusiya lideri münaqişənin danışıqlar masası arxasında diplomatik yolla həllinə ümid edir. "Fakt budur ki, o, Zelenskidən başqa bütün maraqlı tərəflərlə ünsiyyət qurur - baxmayaraq ki, nəzəri cəhətdən ölkəni xilas etmək və xalqını qorumaq üçün ən çox məhz o lazımdır. Bununla belə, Zelenski belə görüşdən qorxur", - ekspert bildirib.
Adel əlavə edib ki, Ukrayna prezidenti Qərb liderləri ilə, ilk növbədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzlə birgə fəaliyyət göstərməyə öyrəşib.
Bundan əvvəl Vladimir Zelenski Vladimir Putinin Moskvada görüşmək təklifini rədd edərək onu Kiyevə dəvət edib. Ukrayna lideri Rusiya prezidentinin həqiqətən onunla görüşmək istəmədiyi tezisini üçüncü dəfə təkrarladı, mümkünsüz şərtlər qoydu.