1xeber.media xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte xəbərdarlıq edib ki, “şərq cinahı” ruhunda düşünmə konsepsiyası Madrid və ya Londonun Tallinndən daha təhlükəsiz olması anlamına gəlməməlidir, çünki Rusiya raketləri dəqiqə fərqi ilə Avropa paytaxtlarına çata bilər.
NATO lideri Rusiya raketlərinin uçuş vaxtı ilə bağlı bu cür dəyərləndirməni Şərq keşikçiləri əməliyyatının başlanması ilə bağlı keçirilən konfransda verib.
"Çünki bu ən yeni rus raketləri buraxıldıqda səs sürətindən beş dəfə yüksək sürətlə uçur və Madrid və ya Londona Tallin və ya Vilnüsdən cəmi beş-on dəqiqə gec çatar", - Rutte bildirib.
Bundan əvvəl NATO-nun baş katibi bəyan etmişdi ki, alyans Polşada pilotsuz təyyarə insidentinə cavab olaraq, məqsədi NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək olan “Şərq keşikçiləri” əməliyyatına başlayacaq.
Sentyabrın 10-na keçən gecə naməlum pilotsuz təyyarələr Polşa sərhədini keçib.