1xeber.media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O müharibədən sonrakı prosesdə danışıqların asan olmadığını, bu səbəbdən görüşlərdə gülüş və təbəssümə yer qalmadığını vurğulayıb:

"Avropa İttifaqının xarici siyasət rəhbəri ilə yeni görüş mümkündür, lakin bu, qarşı tərəfin yekun qərarından asılı olacaq".

Xatırladaq ki, Abbas Əraqçi sentyabrın 10-da Misirdə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi ilə də görüşüb. Tərəflər İranla AEBA arasında zəmanət öhdəliklərinin icrasına dair qarşılıqlı fəaliyyət qaydalarının mətnində razılıq əldə ediblər.