 Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin səbəblərindən biri kimi rus dilinə qoyulan məhdudiyyətləri göstərib.
  Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin səbəblərindən biri kimi rus dilinə qoyulan məhdudiyyətləri göstərib.
1xeber.media xəbər verir ki, Lukaşenko, həmçinin, rus dilini belarus dilindən qat-qat yaxşı bildiyini etiraf edib.
"Rus dilini belarus dilindən qat-qat yaxşı bilirəm. Allah eləməsin, biz dil məsələsini qızışdırmağa başlayaq, yoxsa problem olacaq. Bu, bizim dilimizdir. Əgər belarus dili rus dilindən geri qalırsa, bunu sakit şəkildə bildirməliyik ", - deyə o bildirib.
Onun sözlərinə görə, milli dilin qorunub-saxlanması rus dilinə qoyulan hər hansı məhdudiyyətlə əlaqələndirilməməlidir.
 
			
















 
   
   
