18 sentyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr- “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Dövlət Suverenliyi-Müstəqilliyimizin əbədi rəmzidir!” adlı tədbir keçirilib.
1xeber.media xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Daxili Qoşunların Hərbi İnstitutunun prorektoru polkovnik Eldəniz Abbasov və kursantlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, qazilər və hərbçilər, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin nümayəndələri, gənclər iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəni ziyarət ediblər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.
Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səslənib.