Beynəlxalq birjalarda qızıl bu gün 1,2 faiz bahalaşıb və bir troya unsiyasının qiyməti ilk dəfə olaraq 3750 dolları ötüb.
1xeber.media xəbər verir ki, dekabr qızıl fyuçerslərinin bir troya unsiyasının qiyməti əvvəlki gündən 45,22 dollar və ya 1,22 faiz artaraq, 3 751,02 dollara çatıb.
Gümüşün dekabr fyuçerslərinin bir troya unsiyasının qiyməti isə 2,65 faiz artaraq 44,09 dollar olub.