İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın şərqində "Hizbullah"ın mümkün hərbi obyektlərinə azı üç reyd keçirib.
1xeber.media xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat verib.
Məlumata görə, raket zərbələri Suriya-Livan sərhədində dağlıq ərazidə yerləşən "Hizbullah" döyüşçülərinin təlim düşərgələrinə və yeraltı sığınacaqlarına endirilib.
Şahidlər Baalbek, Nabi-Şita, Xarabta, Xermel rayonları və onların ətraf ərazilərində güclü partlayışlar səslərinin eşidildiyini bildiriblər, ərazidən qalın tüstü buludlarının havaya qalxdığı qeyd edilir. Hava hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Telekanalın məlumatına görə, İsrail təyyarələri Livanın hava məkanında qalmağa davam edir və Bekaa vadisi və Suriya ilə sərhəd üzərində aşağı hündürlükdə uçuşlar həyata keçirir.