Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.
1xeber.media xəbər verir ki, bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
O qeyd edib ki, atasının səhhətində irəliləyiş var:
"Atam süni tənəffüs aparatından ayrılıb. Müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir".
Qeyd edək ki, Vaqif Vəliyev özəl klinikaların birinə yerləşdirilib.