Misirin Şarm əl-Şeyx şəhərində Qəzza sülh danışıqlarının ikinci günündə Həmas nümayəndə heyəti girovların azad edilməsinin İsrail qoşunlarının Qəzza zolağından çıxarılması ilə əlaqələndirilməsini tələb edib.
1xeber.media xəbər verir kli, bu barədə oktyabrın 7-də mənbəyə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.
“HƏMAS nümayəndə heyəti son girovun azad edilməsinin İsrail işğalçı qüvvələrinin yekun olaraq geri çəkilməsi ilə üst-üstə düşməli olduğunu vurğulayır”, - hesabatda deyilir.
Telekanalın mənbəsinin sözlərinə görə, danışıqların ikinci günü geri çəkilmə xəritələri və girovların azad edilməsi qrafikinin müzakirəsinə həsr olunub. Məlumata görə, Həmas həm də münaqişəyə qəti şəkildə son qoyulması və İsrail ordusunun Qəzzadan tam çıxarılması üçün beynəlxalq təminat tələb edib.