Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin direktoru, professor Nasim Abışov vəzifəsindən azad edilib.
1xeber.media xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Nazirin digər əmri ilə Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib.
Nasim Abışov "Tərəqqi" liseyinə 2018-ci ildə direktor təyin olunmuşdu. O, bu vəzifədə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanı əvəz etmişdi.
Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.