Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Şimali Koreyanın lideri Kim Çen Ina Şimali Koreya qoşunlarının Kursk vilayətinin azad edilməsində iştirakına görə təşəkkür edib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya rəsmisi Telegram-da məlumat verib.
“Mən Koreya Fəhlə Partiyasının baş katibi yoldaş Kim Çen Ina qəbul etdiyi müttəfiq qərarlara və Koreya Xalq Ordusu kontingentinin əsgərlərinə Rusiya Silahlı Qüvvələrinə göstərdikləri köməyə görə ayrıca təşəkkür etdim”, - Medvedev Şimali Koreya əsgərlərinin qəhrəmanlığını yüksək qiymətləndirərək yazıb.
Bundan əvvəl Medvedev Pxenyana səfəri zamanı Şimali Koreyanın keçmiş liderləri Kim İr Sen və Kim Çen İrin abidələri önünə gül dəstələri qoyub, dövlət başçılarının abidələri önündə baş əyib.