ABŞ prezidenti Donald Tramp israilli girovların bazar ertəsi və ya çərşənbə axşamı, oktyabrın 13-ü və ya 14-ü azad ediləcəyini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 8-də The New York Times məlumat yayıb.
"Hazırda girovların azad edilməsi üçün mümkün olan hər şey edilir", - qəzet amerikalı liderin Fox News-a açıqlamasında deyib.
O əlavə edib ki, hazırda “Sülh Şurası” adlanan qurum yaradılır və bu, ciddi təsir göstərəcək.