Rusiya Daxili İşlər Nazirliyi 2024-cü ilin yayında həbsdən çıxan siyasətçi Vladimir Kara-Murza (Rusiyada xarici agent təyin edilib) barəsində axtarış elan edib.
1xeber.media xəbər verir ki, bu məlumat oktyabrın 13-də agentliyin məlumat bazasına əlavə edilib.
Kara-Murza cinayət məcəlləsinin maddəsi ilə axtarışa verilib. Konkret cinayət ittihamı göstərilmir.